PSJ yeni baş məşqçidən ötrü 10 milyon avro kompensasiya ödəyəcək

Fransa PSJ-sinin baş məşqçisi Maurisio Poçettino bu həftə postundan istefaya göndəriləcək.

Newsport.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi bu posta hazırda "Nitsa"da çalışan Kristof Qaltyeni gətirmək istəyir. Ona görə həmin kluba 10 milyon avro kompensasiya ödəniləcək.

Poçettinonun istefası iyunun 23-də baş verəcək. Argentinalı mütəxəssisə və köməkçilərinə 15 milyon avro ödəniləcək. Qaltyenin "Nitsa" ilə müqaviləsinin pozulmasından ötrü aparılmış danışıqlarda kompensasiya məbləği sarıdan ortaq məxrəcə gəlinməsi uzun müddətdən sonra mümkün olub.

İyulun 4-də PSJ məşqləri yeni baş məşqçinin rəhbərliyi altında bərpa edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right