Fransanın “Lill” klubunda baş məşqçi Joselin Qurvennek istefaya göndərilib.
Newsport.az-ın məlumatına görə, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın geridə qalan mövsümdə uğursuz çıxışı səbəb olub.
“Lill” Liqa 1-də son mövsümü 55 xalla 10-cu sırada tamamlayıb.
Qurvennek bu komandaya mövsümün əvvəlində baş məşqçi təyin olunmuşdu.