Ermənistana qol vuran Quliyev: "Azərbaycanlı olmağımla bağlı Yerevanda heç bir problem olmadı"

AFFA-nın Azərbaycan millisinə cəlb etmək istədiyi “Minay”ın futbolçusu Eldar Quliyev bir müddət əvvəl Ukrayna U-21 yığmasına dəvət edilmişdi.

Newsport.az-ın məlumatına görə, AVRO-2023-ün seçmə mərhələsinin Fransa və Ermənistanla oyunları üçün yığmaya cəlb edilən Quliyev Yerevanda keçirilən görüşdə özünü ən yaxşı tərəfdən göstərib.

Matçın 49-cu dəqiqəsində künc zərbəsindən sonra baş zərbəsilə hesabı açan Quliyev, 68-ci dəqiqədə assistlə yadda qalıb. Həmyerlimiz saytımıza qısa açıqlamasında ermənilərə qarşı əvəzedilmədən keçirdiyi matçdan danışıb:

"Hər şey yaxşıdır. Bəli, Ermənistanla matçlarda qol və assistlə oynadım. Belə alındı, çalışırdım ki, komandama xeyir verim. Yəqin ki, lazımı anda, lazımı yerdə idim. Əslən azərbaycanlı olmağımla bağlı Yerevanda heç bir problem olmadı. Hər şey normal idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right