Samuel Slovak: "Azərbaycan millisi yaxşı müdafiə olunur"

Slovakiya millisi UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində sabah Azərbaycanın qonağı olacaq.

Newsport.az saytının məlumatına görə, matçdan öncə təşkil edilən mətbuat konfransında baş məşqçi əvəzi Samuel Slovak açıqlama verib:

"Asan vəziyyət deyil. Buna baxmayaraq, biz peşəkarıq. Mövcud vəziyyəti idarə etməliyik. Özümüzü konsentrasiya etməliyik, inanmalıyıq. Qarşıya qoyulan məqsədə doğru irəliləməliyik. 

Azərbaycan millisi yaxşı müdafiə olunur. Topla yaxşı oynayırlar. Rəqibə hörmətlə yanaşırıq. Amma özümüz barədə düşünürük və sabah qələbə qazanmalıyıq".

Sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right