"Liverpul" heyətinə yeni futbolçu qatmağı planlaşdırır.
Newsport.az xəbər verir ki, bu barədə "Reckord" məlumat yayıb. "Mersisayd" təmsilçisi "Benfika"nın hücumçusu Darvin Nunesi transfer etmək üçün çalışır. Klub qarşı tərəfə 22 yaşlı forvarda görə 100 milyon avro təklif edib. "Benfika" razılaşarsa, uruqvaylı oyunçu "Liverpul"un tarixindəki ən böyük transfer olacaq. Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp Nunesi çox bəyənir. O, xüsusən bu keçidlə maraqlanır. Futbolçu da artıq öz klubuna bildirib ki, "Liverpul"a transfer olunmaq istəyir.
Qeyd edək ki, Nunes geridə qalan mövsüm "Benfika"nın heyətində 41 oyunda 34 qol vurub və 4 qolun ötürməsini verib.