UEFA ÇL-in finalına görə azarkeşlərdən üzr istədi

UEFA Çempionlar Liqasının finalında "Liverpul" - "Real" oyunu (0:1) zamanı iğtişaşlara görə zərər çəkən azarkeşlərdən üzr istəyib.

Newsport.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı bəyanat yayıb. Məlumatda bildirilib:

“UEFA Avropa klub futbolunun bayramı sayılan Çempionlar Liqasının finalında dəhşətli və qorxulu hadisələrlə üzləşmiş və ya onlara şahid olmuş bütün tamaşaçılardan səmimi qəlbdən üzr istəyir. Heç bir azarkeş bunu yaşamamalıdır və belə hal bir daha təkrarlanmamalıdır”.

UEFA Çempionlar Liqasının finalı öncəsi baş verən iğtişaşlarla bağlı müstəqil araşdırmanın davam etdiyini də xatırladıb.

Qeyd edək ki, bundan əvvəl 30-40 min azarkeşin qeyri-qanuni olaraq oyuna daxil olmağa çalışdığı və polisin onların  qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi bildirilirdi. Qalmaqal səbəbindən matçın startı yarım saatdan çox gecikmişdi. Eyni zamanda stadionda baş verən iğtişaşlara görə bileti olan 2700 azarkeş stadiona daxil ola bilməyib. 2800 nəfər ingiltərəli fanat isə matçı saxta biletlərlə izləməyə çalışıb. Həm “Rea” , həm də “Liverpul” matçın təşkilatçılarını və UEFA-nı Parisdəki oyunun aşağı səviyyədə təşkilində ittiham edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right