"Bavariya"nın təklifini rədd etdi

"Bavariya"nın futbolçusu Serj Qnabri klubun yeni müqavilə təklifini rədd edib.

Newsport.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 26 yaşlı müdafiəçi Münhen təmsilçisi ilə müqaviləni yeniləmək istəməyib. Ona illik 19 milyon avroya qədər maaş təklif olunub. Lakin Qnabri bunu rədd edib. "Bavariya" rəhbərliyi təklifi təkmilləşdirmək fikrində deyil. Tərəflərin danışıqları davam etdirmək planları yoxdur.

Qnabrinin "Bavariya" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Qeyd edək ki, Qnabri 2017-ci ildən "Bavariya"da oynayr. O, geridə qalan mövsüm bütün yarışlarda 45 oyunda 17 qol vurub və 7 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right