PSJ-dən bu yay ayrılacaq Anxel Di Mariya DÇ-2022-dən sonra Argentina millisindəki karyerasını başa vuracaq .
Newsport.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib: "Bu dünya çempionatından sonra millidən ayrılacağam. Bir çox gənc futbolçu beynəlxalq səviyyədə oynayır. Onlar yavaş-yavaş yüksək səviyyəyə çatdıqlarını sübut edəcəklər".
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi Argentina millisində 121 oyuna çıxıb və 24 qol vurub.
Xatırladaq ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.