Levandovsi "Barselona"ya keçməkdə israrlıdır

"Bavariya"nın futbolçusu Robert Levandovski karyerasını "Barselona"da davam etdirmək istəyir.
 
Newsport.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 33 yaşlı hücumçu ilə Kataloniya klubu arasında danışıqlar qabaqcıl mərhələdədir. Tərəflər demək olar ki, razılıq əldə ediblər. Gözlənildiyi kimi, klubla futbolçu arasında danışıqlarda problem olmayacaq. Digər məsələ isə Levandovski ilə 2023-cü ilə qədər müqaviləsi olan "Bavariya"nın mövqeyidir. Münhen klubu hücumçunu buraxmaq istəmir. Ona görə də "Barselona" "Bavariya"nın mövqeyini dəyişməyə məcbur edəcək addımlar atmalı olacaq.
 
Polşalı forvard iyunun 14-də Polşa - Belçika matçından sonra "Barselona"ya keçmək istəyir. O, gələcəyinin artıq həll olunduğunu bilərək məzuniyyətə getmək niyyətindədir.
 
Qeyd edək ki, Levandovski 2021/22 mövsümündə  "Bavariya"nın heyətində bütün turnirlərdə 50 matçda 46 qol vurub. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right