Şakirlə Asim Latviyada növbəti məğlubiyyətlə üzləşdilər

Futbol üzrə Latviya çempionatında 16-cı turun oyunları keçirilib.

KNewsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Auda” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda 1:2 hesablı məğlubiyyətlə üzləşib.

Şakir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Asim isə sonadək ehtiyatda qalıb.

“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 16 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right