Tuhel hücumçularından narazıdır

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel komandasının hücumçularından narazıdır.

Newsport.az xəbər verir ki, mütəxəssis "The Guardian"a açıqlamasında bu barədə danışıb. Tuhel deyib:

“Əgər yeni oyunçu transfer etməsək, o zaman əlimizdə olan futbolçularla problemimizi həll etməyə çalışacağıq. Ancaq bir çox təkmilləşdirmə variantları var. “Çelsi”nin hücumçularından əldə etdiyi statistika bizə “Liverpul” və “Mançester Siti”ni məğlub etməyə imkan vermir. Premyer Liqada ilk iki komandaya yaxınlaşmaq istəyiriksə, bu xəttdə üstünlüyə ehtiyacımız var. Mən xəbərdarlıq etmirəm və heç kimi günahlandırmıram. Amma bizə bütün futbolçulardan super effektivlik lazımdır. Bunu sırf dəyişiklik olsun deyə demirəm. Bizim oyunçular həqiqətən performans və ötürmə baxımından böyük rəqəmlərə sahib deyillər".

Qeyd edək ki, "Çelsi" Premyer Liqanın 2021/22 mövsümünü 73 xalla 3-cü pillədə başa vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right