Fransa millisinin sabiq hücumçusu Toni Verel 3 il müddətinə azadlıqdan məhrum edilib.
Newsport.az “L’Equipe”ə istinadən xəbər verir ki, Nansi şəhər məhkəməsi 2011-ci ildə baş vermiş insidentlə bağlı qərar verib.
“Lion”un sabiq futbolçusu Toni Verel həmin vaxt üç qardaşı ilə birlikdə gecə klubunun çıxışında mühafizəçilərə atəş açıb. Nəticədə 3 mühafizəçi yaralanıb.
Verel 2 ili şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşlarından biri eyni cəzanı alıb. Digər ikisi 2 ili şərti olmaqla 3 il müddətinə azadlıqdan məhrum edilib.