“Yekun qərarı 28 maydan əvvəl verəcəm”

Fransa Liqa-1-in ən yaxşı oyunçusu seçilən Killian Mbappe növbəti mövsüm oynayacağı komandanın adını mayın 28-dən açıqlayacağını elan edib.
 
Newsport.az xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən PSJ-nin 23 yaşlı hücumçusu deyib: "Məncə, artıq daha ağır məsuliyyətin altına girmə zamanım çatıb. Bəlkə Parisdə qalaraq xoşbəxt oldum, bəlkə də başqa yerə getməklə. Yeni bir layihə də məni sevindirər”.
 
Mbappe mərasimdən sonra Fransa telekanalına müsahibəsində deyib ki, yekun qərarını 28 maydan əvvəl elan edəcək. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right