Nəbiyevin komandasından son oyunda inamlı qələbə

Futbol üzrə Çexiya 2-ci divizionunda mövsümə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 30-cu tur çərçivəsində doğma meydanda “Lisen”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Viktoriya” 30 turda topladığı 18 xalla 16 kollektiv arasında sonuncu yeri tutub və aşağı liqaya düşüb. Fərid Nəbiyev geridə qalan mövsümdə meydana çıxdığı 23 oyunda cəmi 2 qol vurmağı bacarıb. Komandasının aşağı liqaya düşməsindən sonra Fəridin bu yay özünə yeni iş yeri tapacağı şübhə doğurmur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right