"Artıq dırnaqlarım yoxdur" - Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə kubokunun finalında "Çelsi"yə qalib gəlmələri (əsas və əlavə vaxtı - 0:0. penaltilər seriyası - 6:5) barədə danışıb. 

Newsport.az-ın məlumatına görə, mütəxssis penaltilər seriyası zamanı gərginlik yaşadığını deyib:  

“Çelsiyə qarşı möhtəşəm, inanılmaz, gərgin oyun keçirdik. Onlar qalibiyyətə layiq ola bilərdilər.  Futbolçularımla fəxr edirəm. Penaltilər seriyasında əsəbləşdirici oldu. Artıq dırnaqlarım yoxdur. Amma mən "Çelsi"yə həqiqətən də rəğbət bəsləyirəm. Amma sonda bir komanda qaib gəlməli idi. Bu da biz olduq". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right