Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan "Turan"ında rəsmi debüt edib.
Newsport.az-ın məlumatına görə, o, Premyer Liqanın 11-ci turunda keçirilən "Aksu" ilə səfər matçında meydana çıxıb. "Turan" 0:2 hesabı ilə uduzub.
Emil start heyətində meydana çıxıb və 90 dəqiqə qapını qoruyub.
Türküstan təmsilçisi ölkə çempionatında 11 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.