Anton oynamadı, komandası uduzdu

Polşa çempionatında 33-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” da növbəti matçına çıxıb. Plotsk təmsilçisi səfərdə "Krakoviya" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb - 3:0.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Zədəli olan müdafiəçinin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

​“Visla” 33 turdan sonra 45 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right