"Ankaragücü"nin direktoru: "Namiq Ələsgərovla maraqlanmırıq, xəbərlər doğru deyil"

Azərbaycan milli komandasının üzvü Namiq Ələsgərovun adı bir neçə gündür ki, "Ankaragücü" ilə hallanır. 

Newsport.az-ın məlumatına görə, bu klubun Ələsgərovu yayda transfer etmək istədiyini Türkiyə mətbuatı iddia edib.

Ankara klubunun idman direktoru Barış Emre Yıldız Namiqi transfer edəcəkləri ilə bağlı olan iddialara cavablayıb. Saytımıza açıqlama verən Emre Yıldız bu cür danışıb: "Namiq Ələsgərovla maraqlanmırıq, bu xəbərlər doğru deyil. Adıçəkilən futbolçu ilə heç bir əlaqəmiz yoxdu".

Müqavilə ilə "Qarabağ"a məxsus olan Ovusu Kvabena bu mövsümü “Ankaragücü”də icarə əsasında keçirərək 1-ci divizionda çempionluq yaşadı. "Ankaragücü"nün idman direktoru mövsüm Ovusu üçün Ağdam klubu ilə danışıb-danışmadıqlarını söyləyib: "Hələ ki, "Qarabağ"la heç bir görüşümüz olmayıb. Görək də necə olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right