Niderland millisinin sabiq futbolçusu Edqar Davids yığmada çalışacaq.
Newsport.az-ın məlumatına görə, keçmiş yarımmüdafiəçi millinin baş məşqçisi Lui Van Qalın məşqçilər korpusunda yer alacaq.
49 yaşlı mütəxəssis son olaraq İngiltərənin "Barnet" klubunu çalışdırıb. O, daha əvvəl ölkəsində "Telstar", Portuqaliyada "Olhanense"də işləyib.