Türkiyə millisinin keçmiş üzvü infarkt keçirdi

Türkiyəli veteran futbolçu Ersen Martin infarkt keçirib.

 

Newsport.az xəbər verir ki, 42 yaşlı keçmiş oyunçu xəstəxanaya yerləşdirilib. İnfarkt keçirən Martinin aorta damarında da yırtıq aşkarlanıb. Siyami Ersek Ürək Xəstəxanasına yerləşdirilən veteran futbolçunun durumu ciddidir və o, əməliyyat olunacaq.

 

Qeyd edək ki, "Nürnberq"in yetirməsi olan Ersen Martin "Beşiktaş", "Trabzonspor", "Denizlispor", "Sivasspor", "Göztepe", "Reakreativo" kimi klublarda oynayıb. "Denizlispor"da çıxış edərkən, Super Liqanın bombradiri olmuş futbolçu 4 dəfə Türkiyə milli komandasının formasını da geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right