"Real"ın hücumçusu Kərim Benzema komandasının Çempionlar Liqasının finalına çıxmasına münasibət bildirib.
Newsport.az xəbər verir ki, turnirin yarımfinalının cavab oyununda “kral klubu” “Mançester Siti”yə 3:1 hesabı ilə (ilk oyun - 3:4) qalib gəlib. Qollardan birini penaltidən Benzema vurub.
Fransalı hücumçu matçdan sonra özünün "İnstaqram" hesabında yazıb: “Emosiyalarla dolu bir gecə... Komanda ilə çox fəxr edirəm. Fransada finalda görüşənədək”.