Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin ikinci oyunları keçirilib. Newsport.az xəbər verir ki, günün ilk matçı “Araz”la “Baku Fire” arasında baş tutub.
İilk oyunda qələbə qazanan Naxçıvan təmsilçisi bu oyunda da rəqibinə heç bir şans verməyib. Qazanılan ardıcıl iki qələbə ilk filançının kimliyinə aydınlıq gətirib. Son çempion titulunu qorumaq üçün final, “Baku Fire” isə bürünc medal uğrunda oyunda iştirak edəcək.
Günün ikinci oyunu daha gərgin və maraqlı keçib. “Neftçi” ilə EKOL arasındakı matçın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən komandalar hər biri 5 dəqiqədən ibarət 2 əlavə hissədə mübarizə aparıblar. 42-ci dəqiqədə “Neftçi”nin qapıçısı Anar Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydanı tərk edib. 10 metrlik zərbəni isə Mehdi Rəsulov dəqiq yerinə yetirməklə komandasını önə keçirib. 1 dəqiqə sonra EKOL yenidən 10 metrlik nöqtədən zərbə vurmaq hüququ qazanıb. Rəsulov bu dəfə qeyri-dəqiq oynayıb. İki əlavə vaxtda Namiq Məmmədkərimov fərqi artırıb. 5 oyunçu ilə mübarizə aparan “Neftçi” rəqib qapısına yol tapsa da, artığını bacarmayıb. Beləliklə, hər iki oyunda qələbə qazanan EKOL “Araz”ın rəqibi olub.
Yüksək Liqa
Pley-off
4 may
Baku Fire – Araz (Naxçıvan) 0:6
Qollar: Felipinyo, 3:23. İsa Atayev, 7:43. Xətai Bağırov, 32:51. Ramiz Çovdarov, 34:24; 37:36. Fərid Ələkbərov, 38:24.
Hakimlər: Knyaz Əmiraslanov, Ziya Nəsirov, Elgün Hüseynov
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. 12:00.
İlk oyun: 3:9
Neftçi İK – EKOL 2:4
Qollar: İlkin Hacıyev, 2:51. Rüfət Balakişiyev, 48:52 - Namiq Məmmədkərimov, 23:31; 46:51. Mehdi Rəsulov, 41:53. Radik Əhmədov, 49:45.
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. 14:45.
İlk oyun: 0:2.