“Fənərbaxça”dan çətin qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 35-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, 2-ci pillədə qərarlaşan “Fənərbaxça” ilk oyun günündə meydana çıxıb. “Sarı-lacivərdlilər” doğma meydanda “Qaziantep”i qəbul edib və çətin qələbəyə sevinib. Günün digər matçında “Girəsunspor” evdə “Adana Dəmirspor”u məğlub edib.

Lider “Trabzonspor” da bur turda evdə oynayacaq. Trabzon təmsilçisi “Antalyaspor”u sınağa çəkəcək.

Cari mövsümün uğursuz komandalarından olan “Qalatasaray” “Sivasspor”la üz-üzə gələcək, “Beşiktaş” isə “Kayserispor”la qarşılaşacaq.

Türkiyə Super Liqası, 35-ci tur

29 aprel

Fənərbaxça – Qaziantep 3:2
Qol: D.Rossi, 5. S.Dursun, 62. M.Zayç, 82 – A.Sagal, 64. A.Maksim, 90+7-pen.

Girəsunspor – Adana Dəmirspor 2:0
Qol: U.Nayir, 21. Serjinyo, 48.

30 aprel

17:00 Konyaspor – Fatih Karagümrük
17:00 Kasımpaşa – Başakşəhər
21:30 Trabzonspor – Antalyaspor
21:30 Hatayspor – Altay

1 may

17:00 Kayserispor – Beşiktaş
17:00 Alanyaspor – Yeni Malatyaspor
21:30 Qalatasaray – Sivasspor
21:30 Göztəpə – Rizəspor

Bombardir: Ayub El Kaabi (Hatayspor), Umut Bozok (Kasımpaşa) – 15 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right