"Mançester Yunayted"in baş məşqçisi milli komandanı çalışdıracaq

"Mançester Yunayted"in çalışdırıcısı Ralf Ranqnik Avstriya millisinin baş məşqçisi təyin edilib.

Newsport.az Avstriya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis mayın sonunda yığmanı Millətlər Liqası oyunlarına hazırlamaq üçün vəzifəsinə başlayacaq.

Ranqniklə imzalanan müqavilə iki illikdir. Ancaq komanda  Avstriya AAVRO-2024-ə yüksələrsə, müqavilə avtomatik olaraq 2026-cı ilə qədər uzadılacaq.

​Almaniyalı çalışdırıcı "Mançester Yunayted"də işinə idman direktoru kimi davam edəcək.

"Qırmızı şeytanlar"ı yeni mövsümdən "Ayaks"ın baş məşqçisi Erik Ten Haq çalışdıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right