"Liverpul" Kloppla danışıqlara başlayır

"Liverpul" baş məşqçisi Yurgen Kloppla müqaviləni yeniləmək üçün danışıqlara başlayır.

Newsport.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Klub 54 yaşlı mütəxəssisin fəaliyyətindən razıdır və onu komandada saxlamaq istəyir. Ona görə də İngiltərə təmsilçisi almaniyalı çalışdırıcı ilə 2026-cı ilədək sözləşmə imzalamaq niyyətindədir. 

Klopp hazırda illik 10 milyon sterlinq qazanır. Yeni müqavilənin maliyyə şərtləri isə daha da yaxşılaşdırılmalıdır. Bu problemlər yaratmayacaq. 
Bildirilir ki, Klopp həmişə müddəti başa çatana qədər işləyə biləcəyi bir müqavilə imzalayır. Ona görə də danışıqlarda məşqçinin fikri əsas olacaq. 

Qeyd edək ki, Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır. Onun indiki müqaviləsi 2024-cü ilin yayına qədərdir. Mütəxəssis "mersisaydlılar"dakı 7 il ərzində  Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla 5 titul qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right