“İkinci ayağımızı da birinci kimi atmalıyıq” Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında “Vilyarreal”a 2:0 hesabı ilə qalib gəldikləri yarımfinalın ilk oyunu haqda danışıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, almaniyalı məşqçi, cavab matçına da eyni formada çıxacaqlarını bildirib:

“Birinci hissədə yaxşı oynadıq. Oyuna münasibəti və düşüncə tərzimizi saxlamalı idik. Hər şey yaxşı keçdi. İndi biz “Vilyarreal”ın qonağı olub, finala yüksəlməyə çalışacağıq. Cavab matçına yüz faiz hazır olmalıyıq. İkinci ayağımızı da birinci kimi atmalıyıq”.

Klopp, matçda ikinci qolu vuran Sadio Mane haqqında da danışıb:

“Sadio Mane? İşini çox yaxşı görür. Mən onu mərkəzə yerləşdirməyi xoşlayıram, amma o, sol və sağ cinahda oynaya bilir”.

“Liverpul” və “Vilyarreal” arasında cavab matçı mayın 5-də İspaniyada keçiriləcək. Qarşılaşma saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right