ÇL: “Liverpul” “Vilyarreal”ı məğlub yola saldı

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

Newsport.az xəbər verir ki, bu dəfə “Liverpul”la “Vilyarreal” üz-üzə gəlib.

Unay Emerinin başçılıq etdiyi “Vilyarreal”ın Çempionlar Liqasında yarımfinala yüksəlməsi sensasiya sayıla bilər. Özü də, İspaniya komandası 1/4-də Almaniya nəhəngi “Bayern”i mübarizədən kənarlaşdırmaqla buna nail olub. “Vilyarreal”ın daha bir sürprizə imza atmağa gücü çatacaqmı, bunu “Liverpul”la oyunlardan sonra biləcəyik.

Bu komandalar arasındakı ilk oyunda “Liverpul” inamlı qələbəyə sevinib. Cavab matçı isə mayın 3-də, İspaniyada keçiriləcək.

Yarımfinalın dünən keçirilən ilk oyununda “Real” İngiltərədə “Mançester Siti”nin qonağı olub və 3:4 hesabıyla uduzub.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu

27 aprel

Liverpul (İngiltərə) – Vilyarreal (İspaniya) 2:0
Qol: P.Estupinyan, 53-öz qapısına. S.Mane, 55.
Baş hakim: Şimon Marçinyak (Polşa).

Liverpul: Alisson, Trent Aleksander-Arnold, İbrahima Konate, Vircil van Deyk, Endryu Robertson, Fabinyo, Cordan Henderson, Tyaqo Alkantara, Məhəmməd Salah, Sadio Mane, Luis Dias.
Vilyarreal: Xeronimo Rulyi, Raul Albiol, Pau Torres, Daniel Parexo, Etyen Kapu, Xuan Foyt, Samuel Çukvueze, Fransis Koklen, Pervis Estupinyan, Covani Lo Çelso, Arno Danjuma.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right