PSJ-nin fubolçusu Serxio Ramos Fransa klubunda gəlişindən və komandaya uyğunlaşmasından danışıb.
Newsport.az xəbər verir ki, 35 yaşlı müdafiəçi "L`Equipe"yə açıqlamasında Paris təmsilçisinə uyğunlaşmağın çətin olduğunu deyib:
“Mən ən yaxşı formamda PSJ-nin heyətində meydanda cəmi bir neçə saat keçirdim. Meydana qayıtmaq və bacardığım oyunu göstərmək üçün səbirsizlənirəm. PSJ-yə uyğunlaşmaq mənim üçün çətin idi. Uzun illəri başqa klubda keçirdim, hər şey nəzarətim altında idi: ev, heyət, komanda, uşaqlar, məktəblər. Paris qədər təsirli bir şəhərdə böyük dəyişikliklər etmək asan deyil. Uzun müddətdir ki, ev axtarırıq. Ancaq sonda uyğunlaşma yaxşı keçdi".
Xatırladaq ki, Ramos ötən yay transfer pəncərəsində azad agent kimi Fransa klubuna keçmişdi. Ramosun PSJ ilə müqaviləsi 2023-cü ildə başa çatacaq.