“Trabzonspor”dan inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 34-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Autsayderlər qrupunda yer alan “Rizəspor” “Fənərbaxça” ilə qarşılaşıb. İstanbul təmsilçisi səfərdə 6 cavabsız qolla qalib gəlib.

Şənbə günü daha üç qarşılaşma baş tutub. “Fatih Karagümrük” doğma meydanda “Girəsunspor”u çətinliklə məğlub edib. “Qaziantep” – “Göztəpə” matçında qalib müəyyənləşməyib. Bu nəticədən sonra İzmir təmsilçisinin Super Liqanı tərk etməsi də rəsmiləşib.

Lider “Trabzonspor” isə səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Trabzonlular bu oyundan inamlı qələbə ilə ayrılıblar. Artıq Super Liqanın liderinə çempionluğu rəsmiləşdirmək üçün cəmi 1 xal lazımdır.

“Qalatasaray” “Altay”la, “Beşiktaş” isə “Kasımpaşa” ilə üz-üzə gələcək.

Türkiyə Super Liqası, 34-cü tur

22 aprel

Rizəspor – Fənərbaxça 0:6
Qol:
D.Rossi, 9. S.Dursun, 45+3; 45+9-pen; 51. Valensiya, 65. Sanqare, 76.

23 aprel

Fatih Karagümrük – Girəsunspor 2:1
Qol:
Peşiç, 52-pen. C.Durmaz, 65 – Çikinyo, 48.

Qaziantep – Göztəpə 1:1
Qol:
Fiqeyredo, 90+6 – Yahoviç, 90+2.

Adana Dəmirspor – Trabzonspor 1:3
Qol:
Varqas, 75 – B.Peres, 7. Kornelius, 12. Djanini, 61.

24 aprel

17:00 Yeni Malatyaspor – Konyaspor
17:00 Başakşəhər – Hatayspor
21:30 Altay – Qalatasaray
21:30 Antalyaspor – Kayserispor

25 aprel

21:30 Beşiktaş – Kasımpaşa
21:30 Sivasspor – Alanyaspor

Bombardir: Ayub El Kaabi (Hatayspor), Umut Bozok (Kasımpaşa) – 15 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right