“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 30-cu turunda “Brayton” üzərində qələbəni (3:0) şərh edib.
Bu qələbə sayəsində “şəhərlilər” yenidən liderliyə qayıdıb. Hazırda onlar 77 xalla birinci, “Liverpul” isə 76 xalla ikinci yeri tutur.
Newsport.az-ın məlumatına görə, Qvardiola qarşıda onları daha məsuliyyətli və ağır oyunların gözlədiyini söyləyib: “Bizim Premyer Liqanı yekunlaşdırmaq üçün bir ay vaxtımız var. Nə etmək lazım olduğunu da bilirik. Əgər iki xal itirsək, “Liverpul” çempion olacaq”.
Qvardiola futbolçusu Kevin de Brüyne barədə də danışıb: “Kevin yaxşı formada olanda və mənən hazır olanda bənzərsiz futbolçu olur. Bu, onun əla oyunlarından biri idi”.