"Bu, qadın futboluna hörmətsizlikdir"

Qadınlardan ibarət İslandiya millisinin və "Lion"un futbolçusu Sarra Qunnarsdottir yığmanın Avropa çempionatındakı matçlarını "Mançester Siti"nin akademiya stadionunda keçirilməsindən narazıdır.

Newsport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu barədə "The İndependent"ə açıqlamasında bildirib. O, millinin 7000 min azarkeş tutumu olan arenada çıxış etməsinin qadın futboluna hörmətsizlik olduğunu deyib:

“Bizə verilən stadionlara görə məyus oldum. Bu heyrətləndiricidir. Turnirdəki oyunlarımız İngiltərədə keçirilir və burada bir neçə böyük stadion var. Amma biz təxminən 5000 tamaşaçı tuta bilən məşq meydançasında oynamalıyıq. Bu, sadəcə olaraq utancvericidir. Bizim matçımıza 4000-dən çox bilet satılacağına hazır deyillər.  Bu, qadın futboluna hörmətsizlikdir. Qadın futbolunun inkişafı üçün irəliyə iki addım atılır, amma sonra bunlar baş verir. Nəticədə sonra geriyə addım atılır”. 

Qeyd edək ki, İngiltərədə keçiriləcək qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı iyunun 6-da start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right