Lionel Messi zədələnib

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi zədələnib.

Newsport.az Paris təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, argentinalı hücumçunun Axill vətərində problem aşkarlanıb. 35 yaşlı forvard bu səbəbdən "Anje"yə qarşı Liqa 1-in XXXIII tur matçını buraxacaq. Ulduz oyunçunun durumu barədə növbəti açıqlama 2 gündən sonra veriləcək.

Messi ilə yanaşı, Marko Verratti, Presnel Kimpembe, Leandro Parades, Yulian Draksler, Ander Errera, leven Kürzava və Abu Diallo da müxtəlif səbəblərdən qarşıdakı görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, "Anje" - PSJ oyunu aprelin 20-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right