"Bavariya"nın Noyer qərarı

"Bavariya" daha bir futbolçusu ilə bağlı qərar verib.

Newsport.az "Sky Sport Deutschland"a istinadən xəbər verir ki, Münhen təmsilçisi qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalamaq qərarına gəlib. Bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Razılığa əsasən, 36 yaşlı qolkiperlə 2023-cü ilin yayı başa çatacaq müqavilənin müddəti daha 2 il uzadılacaq.

Qeyd edək ki, Noyer 2011-ci ildən "Bavariya"da oynayır.

Xatırladaq ki, Münhen təmsilçisi bundan əvvəl Tomas Müllerlə müqavilənin 2025-ci ilin yayına kimi uzatmaqla bağlı razılığa gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right