"Barselona"nın baş məşqçisi Xavi hələ də Avropa Liqasının 1/4 finalında evdə "Ayntaxt"a uduzduqları matçın (2:3) şokundan çıxa bilməyib.
Newsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis bu barədə açıqlama verib. O, məğlub olaraq Avropa Liqası ilə vidalaşdıqlarına görə məyus olduğunu bildirib: "Futbolçularım həmin oyunda özlərini doğma meydanda oynayırmış kimi hiss etmədilər. Bu, bəhanə deyil. Amma biz o atmosferdə rahat deyildik. Oteldən stadiona gedib, avtobusa mindiyim andan etibarən içimdə narahaqlıq var idi. Özümüzü evimizdəki kimi hiss etmirdik. Rəqib azarkeşlər hər şeyi üzərimizə atırdılar. Futbolçularımız tuneldən keçə bilmirdilər. Sonra ilk dəqiqələrdə qapımıza penalti təyin olundu. Həm oyun, həm də təşkilatçılıq baxımından çox bərbad bir gün idi. Özümüzü evimizdə qarət edilmişik kimi hiss edirik".
Qeyd edək ki, "Barselona" ilk matçda "Ayntraxt"la 1:1 hesablı heç-heçə edib. Cavab görüşündə Kataloniya klubu 2:3 hesabı ilə uduzub və nəticədə turnirdə mübarizəni dayandırıb. Həmin oyundu tribunadan Almaniya təmsilçisinin 30 min azarkeşi izləyib.