Benzema Alfredo di Stefanonu geridə qoydu

“Real”ın futbolçusu Kərim Benzema üçün La Liqanın 32-ci turunun “Sevilya” ilə oyunu (2:3) əlamətdar olub. 

Newsport.az-ın məlumatına görə, 34 yaşlı fransalı hücumçu matçın 90+2-ci dəqiqəsində fərqlənib. Bununla da, futbolçu “Real”ın heyətində La Liqada 217-ci qolunu vurub. Benzema bu nəticə ilə Alfredo di Stefanonu geridə qoyaraq, klubun oyunçuları arasında La Liqada ən çox qol vuran 3-cü futbolçu olub. 

Bu göstərici üzrə rekord Kriştiano Ronaldoya məxsusdur – 311 qol. İkinci yerdə isə Rauldur (228 qol).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right