“Lill” “Lans”a evində uduzdu

Futbol üzrə Fransa çempionatında 32-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Renn” doğma meydanda “Monako”nu qəbul edib. Beş qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə sevinib.

Şənbə günü daha iki görüş baş tutub. “Sent-Etyenn” doğma meydanda “Brest”ə qalib gəlib. Son çempion “Lill” isə evdə “Lans”a məğlub olub.

Turun mərkəzi görüşü Parisdə keçiriləcək. Lider PSJ ən yaxın izləyicisi “Marsel”lə qarşılaşacaq.

Fransa Liqa 1, 32-ci tur

15 aprel

Renn – Monako 2:3
Qol: Tait, 3. Terrye, 90+2 – Vanderson, 12. Ben Yedder, 57. Boadu, 77.

16 aprel

Sent-Etyenn – Brest 2:1
Qol: Kamara, 14; 39 – Honorat, 8.

Lill – Lans 1:2
Qol: Xeka, 45+1 – Frankovski, 4. Kalimuendo, 37.

17 aprel

15:00 Nitsa – Loryan
17:00 Mets – Klermont
17:00 Monpelye – Reyms
17:00 Nant – Anje
17:00 Trua – Strasburq
19:05 Lion – Bordo
22:45 PSJ – Marsel

Bombardir: Kilian Mbappe (PSJ) – 21, Vissam Ben Yedder (Monako) – 18 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right