Fransada keçirilən prezident seçkilərində bir seçici ölkənin millisinin və "Real"ın futbolçusu Kərim Benzemaya səs verib.
Newsport.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb. Bildirilib ki, 34 yaşlı hücumçu Fransa prezidentliyinə namizəd kimi qeydə alınmadığından seçicinin səsi nəzərə alınmayıb.
Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Hazırkı prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turuna yüksəliblər. İkinci tur aprelin 24-də olacaq.