Platininin tələbi ilə İnfantinoya cinayət işi qaldırıldı

UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA-nın hazırkı rəhbəri Canni İnfantinonu məhkəməyə verib.

Newsport.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. O, FİFA rəhbərini səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb. Platininin tələbi ilə artıq İnfantino ilə bağlı Paris prokurorluğunda cinayət işi qaldırılıb.  Şikayət ərizəsi ötən ilin noyabrında verilib. 

Platini eyni zamanda FİFA-nın hüquq departamentinin keçmiş direktoru Marko Villigeri də ittiham edib. 

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. Mişel Platini isə 2007 - 2016-cı illərdə UEFA prezidenti olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right