Paris-2024 Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışlarının çəki dərəcələri və iştirakçı sayı dəqiqləşib.
Newsport.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi qərar verib.
Yeni qərara əsasən idmançıların sayı xeyli azalıb. Parisdə cəmi 120 idmançı medallar uğrunda yarışacaq. Müqayisə çün bildirək ki, Rio-2016-da 260, Tokio-2020-də 196 ağırlıqqaldıran mübarizə aparmışdı. Həm kişilər, həm də qadınlar 5 çəkidə qüvvəsini sınayacaq. Digər 4 kateqoriya isə ləğv edilib.
Kişilər 61 kq, 73 kq, 89 kq, 102 kq və +102 kq çəkidə çempionu müəyyənləşdirəcək. Qadınlar isə 49 kq, 59 kq, 71 kq, 81 kq və +81 kq çəkidə mübarizə aparacaq.