Azarkeşlər Ramosu fitə basdılar

PSJ-nin tez-tez zədələnən futbolçusu Serxio Ramosun uzun müddət sonra oyuna çıxması komandanın azarkeşlərinin qəzəbinə səbəb olub. 

Newsport.az xəbər verir ki, bu barədə GFFN məlumat yayıb. 36 yaşlı müdafiəçi yanvarın 23-də "Reyms"lə qarşılaşmadan sonra ilk dəfə ötən gecə "Loryan"la matçda meydana çıxıb (72-ci dəqiqə). Azarekşlər Ramos hər dəfə top toxunanda onu fitə basıblar. 

Görüş PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Ramos bu mövsüm 6 oyunda 1 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right