Quliyev üçün 90 dəqiqə və 1 xal

Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Axmat”la qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

​“Arsenal” geridə qalan 23 turda 21 xal toplayıb və 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right