“Liverpul”la “Mançester Siti”dən inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun açılış matçında “Liverpul” “Uotford”u sınağa çəkib. Çempionluq mübarizəsində lider “Mançester Siti” ilə xal fərqini minimuma endirən Yurgen Kloppun komandasının bu matçda büdrəməyə haqqı yox idi. “Uotford” Premyer Liqada qalmaq uğrunda mübarizə aparsa da, “Liverpul”dan xal almağı bacarmayıb.

Ötən tur “Kristal Pelas”la heç-heçə edən “Mançester Siti” “Bernli”nin qonağı olub. Növbəti xal itkisi Pep Qvardiolanın komandasına baha başa gələ bilərdi. Bu üzdən “şəhərlilər” bu dəfə xal itkisinə yol verməyiblər.

Turun diqqətçəkən matçlarından biri “Old Trafford”da oynanılıb. Burada “Mançester Yunayted” cari mövsümdə qeyri-sabit oyun sərgiləyən “Lester”i qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Tura “Kristal Pelas” – “Arsenal” görüşüylə yekun vurulacaq.

İngiltərə Premyer Liqası, 31-ci tur

2 aprel

Liverpul – Uotford 2:0
Qol:
Jota, 22. Fabinyo, 89-pen.

Bernli – Mançester Siti 0:2
Qol:
De Bruyne, 5. İ.Gündoğan, 25.

Brayton – Norviç 0:0

Vulverhempton – Aston Villa 2:1
Qol:
Conni, 7. E.Yanq, 36-öz qapısına – Uotkins, 86-pen.

Lids – Sauthempton 1:1
Qol:
Harrison, 29 – Uord-Prauz, 49.

Çelsi – Brentford 1:4
Qol:
Rüdiger, 48 – Caneltt, 50; 60. Eriksen, 54. Vissa, 87.

Mançester Yunayted – Lester 1:1
Qol:
Fred, 66 – İheanaço, 63.

3 aprel

17:00 Vest Hem – Everton
19:30 Tottenhem – Nyukasl

4 aprel

23:00 Kristal Pelas – Arsenal

Bombardir: Məhəmməd Salah (Liverpul) – 20 qol

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right