Gündoğan Özilin rekordunu yenilədi

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan yeni rekorda imza atıb.

Newsport.az-ın məlumatına görə, o, buna İngiltərə Premyer Liqasının 31-ci turunda "Bernli" matçda (2:0) nail olub. Sözügedən görüşdə fərqlənən 31 yaşlı yarımmüdafiəçi Premyer Liqada vurduğu qolların sayını 34-ə yüksəldib. Bununla da o, "Arsenal"ın sabiq oyunçusu Mesut Özili (33 qol) qabaqlayaraq liqa tarixində ən çox qol vuran alman futbolçu olub.

Qeyd edək ki, İlkay bu mövsüm Premyer Liqada 21 oyunda 6 qol vurub, 4 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right