"Mançester Siti" ukraynalı futbolçuya qapılarını açdı

Rusiyanın "Torpedo" klubundan ayrılan ukraynalı futbolçu Andrey Kravçuk "Mançester Siti"nin bazasında məşq edəcək. 

Newsport.az xəbər verir ki, bu barədə 23 yaşlı yarımmüdafiəçi özü açıqlama yayıb. O, "şəhərlilər"ə təşəkkür edib: 

"Torpedo"da yaxşı insanlar var idi. Amma mən ölkəmi işğal edən bir dövlətin təmsilçisində oynayırdım. Buna görə də yeganə seçim klubdan ayrılmaq idi. Orada oynamağa davam etsəydim, Ukraynadakı insanlar məni başa düşməzdi. Çətin anlar yaşadıq. Amma meydançaya qayıdıb, futbol oynamaq mənim üçün çox şey ifadə edir. "Mançester Siti"yə mənə məşq etmək şəraiti yaratdığı üçün minnətdaram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right