Mbappe atası ilə zarafat edənlərə əsəbiləşdi

PSJ-nin və Fransa millisinin futbolçusu Kilian Mbappe "Winamax" mərc şirkətinə atası ilə zarafat etdikləri üçün əsəbiləşib. 

Newsport.az xəbər verir ki, sözügedən şirkət Mbappenin Cənubi Afrika ilə yoldaşlıq oyununda dubl etməsindən sonra qolunda tattu olan və çılpaq ombasını göstərən bir azarkeşin fotosunu paylaşaraq şəkildə onun atasının olduğunu yazıb: "Vilfid Mbappe oğlunun Cənubi Afrikaya qol vurmasından sonra". 

Mbappe bu zarafata əsəbiləşərək deyib: "Bu, onlayn qumar təhlükəsidir. Sözlərinizin çərçivəsi yoxdur. Xahiş edirəm, bir az hörmət göstərin". 

Qeyd edək ki, Fransa-Cənubi Afrika yoldaşlıq oyunu Fransanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right