"Çelsi" kapitanla müqaviləni uzatdı

"Çelsi" müdafiəçisi Sezar Aspilikueta ilə müqavilənin müddətini uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Komandanın kapitanı bu mövsüm lazımi sayda oyun keçirdiyi üçün müqavilə avtomatik olaraq 2023-cü ilin yayına qədər uzadılıb. Bu prosedur yeni müqavilənin bağlanması hesab edilmir, ona görə də “Çelsi”yə tətbiq edilən sanksiyalara görə onu qadağan etmək mümkün deyil.

Qeyd edək ki, ispan oyunçu 2012-ci ildən İngiltərə klubunda çıxış edir. O, bu mövsüm İngiltərə Premyer Liqasının müdafiəçisi 18 matçda 2 qol ötürməsi verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right