Haaland fermerin bu məsləhətini dinləyib

Norveç millisinin futbolçusu Erlinq Haaland yığmanın düşərgəsində olan mediadan uzaq qalmaq istəyib.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, məlumatı  Stole Solbakken təsdiqləyib: "O, bir az axtarılmaq istədiyini bildirdi. Mənə bunun səbəbini izah etdi. İzahı o qədər inandırıcı oldu ki, Haalandla razılaşdım.  Mən buna hörmət etməmək üçün heç bir səbəb görmürəm. Növbəti görüşümüzdə Erlinq burada oturub sizin suallarınızı cavablandıracaq".

Haaland isə mediadan uzaq durmasının əsl səbəbi ilə bağlı özünün "Tvitter" hesabında yazıb: “Bir neçə il əvvəl bir fermer mənə məsləhət verdi. O, mənə dedi: "Qoy ayaqların danışsın və hər şey yaxşı olacaq". "Yaxşı dedim və getdim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right