FİFA-da prezident seçkiləri keçiriləcək

FİFA-da prezident seçkiləri keçiriləcək.

Newsprot.az ali qurumun rəsmi saytına istinadən xəbər verir ki, seçkilər gələn il təşkilatın 73-cü Konqresi zamanı keçiriləcək.

Çərşənbə günü FİFA şurasının iclasında seçkilərin təqvimi təsdiq edilib.

Cədvələ əsasən, seçki dövrü 31 mart 2022-ci ildə başlayacaq.

Ərizələrin verilmə müddəti konqresdən dörd ay əvvəl, buraxılmış namizədlər barədə bildirişin müddəti isə konqresdən bir ay əvvəl başa çatacaq.

Xatırladaq ki, FİFA-nın hazırkı prezidenti isveçrəli Canni İnfantinodu. O, ali quruma 2016-cı ildən rəhbərlik edir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right