Nigeriya - Qana oyunundan sonra həkim ölüb

Nigeriya və Qana milli komandaları arasında keçirilmiş dünya çempionatının seçmə oyunundan sonra həkim Jozef Kabunqo dünyasını dəyişib.
 
Newsport.az-in məlumatına görə, bu barədə Zambiya Futbol Federasiyası məlumat yayıb.
 
Federasiya Kabungonun ölümünün səbəbini öyrənmək üçün FIFA-nın hesabatını gözləyəcəyini bildirib.
 
Qeyd edək ki, Afrika Futbol Konfederasiyası zambiyalı Jozef Kabunqonu görüşə dopinqə nəzarət üçün təyin etmişdi. Nigeriya millisinin azarkeşləri qarşılaşmadan sonra DÇ-2022-yə vəsiqə qazana bilmədikləri üçün iğtişaş törədiblər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right