4 komanda ilə mundiala vəsiqə qazanan ilk məşqçi

Mərakeş millisinin baş məşqçisi Vahid Halilhodziç yeni rekorda imza atıb.

Newsport.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Mərakeş yığmasının DÇ-2022-yə vəsiqə qazanması ilə bu uğura nail olub. Onun komandası Konqoya 2:0 hesabı ilə qalib gəlməklə mundiala vəsiqəni təmin edib.

Bosniyalı mütəxəssis 4 müxtəlif komanda ilə mundialda iştirak hüququ əldə edən ilk baş məşqçidir. O, daha əvvəl Fil Dişi Sahili, Əlcəzair və Yaponiya millilərini dünya çempionatına aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right